Gizlincə ailə həyatı quran məşhur cütlüklər - Fotolar

gizlince-aile-heyati-quran-meshur-cutlukler
Oxunma sayı: 3436

Heç də bütün ulduzlar özlərinə dəbdəbəli toy etmir. Budəfəki qəhrəmanlarımız isə gizlincə ailə qurmaları azmış kimi, hələ üstəlik bunu bir müddət ictimaiyyətdən də gizlədib...

“Qafqazinfo” gizlincə nikaha girən 18 məşhur cütlüyü təqdim edir:

Hilari Berton və Cefri Din Morqan

Bu günlərdə 10 illik münasibətlərindən sonra toy edən cütlük fanatlarını təəccübləndirib. Hilari ilə Cefrinin iki övladı var. İnstaqramda toy fotosunu paylaşan Morqan bunları yazıb: “Mən nəsə deyə bilərdim, amma söz çatmayacaq. Missis Morqan, mən səni sevirəm. Məni dünyada ən xoşbəxt kişi etdiyin üçün çox sağ ol”.

Çerri Siborn və Ed Şiran

Bir neçə ay gəzən şayiələrdən sonra müğənni gizlincə ailə həyatı qurduğunu təsdiqləyib.

Haydi Klum və Tom Kaulitts

2019-cu ilin iyulunda onların nikaha girmələri haqda gəzən şayiələr öz təsdiqini tapdı. Ötən ilin dekabrından görüşən aktyorlar dekabrda nişanlanmışdı.

Zoi Kravitts və Karl Qusman

2019-cu ilin mayında “Böyük balaca yalan”ın ulduzu həmkarına ərə gedib. 2018-ci ilin fevralında nişanlanan cütlük bunu yalnız oktyabrda etiraf edib.

Sofi Tyorner və Co Conas

“Taxt-tac oyunları”nın ulduzu və “Jonas Brothers”in iştirakçısı bu ilin yayında Fransada evlənməyi planlaşdırırdılar. Lakin bunu mayın 1-də Las-Veqasda etdilər.

Mayli Sayrus və Liam Hemsvort

Müğənni və aktyor 10 il ərzində dəfələrlə görüşüb və ayrılıblar. Onlar 2018-ci il dekabrın 23-də gizlincə ailə həyatı qurub.

Hilari Suonk və Filip Şnayder

Avqsutun 28-də rejissora ərə gedən aktrisa dəbdəbədən kənar keçən məclisdən fotoları bir neçə gündən sonra göstərib: “Mən arzuladığım kişiyə ərə getdiyim və mərasimdə hər ikimizin sevdiyi insanları gördüyüm üçün xoşbəxtəm. Arzum yerinə yetdi”.  

Mişel Uilyams və Fil Elverum

Gizlincə musiqiçiyə ərə gedən aktrisa daha sonra bu barədə “Vanity Fair”ə danışıb. Mərasimdə bir neçə dost və ailə üzvləri, eləcə də cütlüyün iki qızı iştirak edib.

Kardi Bi və Offset

Reperlər 2017-ci il sentyabrın 20-də Atlantda (ABŞ) ailə həyatı qurub. Jurnalistlər isə bu barədə yalnız 2018-ci ilin iyununda öyrənib. Maraqlıdır ki, nikah mərasimi oktyabrda – toydan bir aydan sonra baş tutub.

Emi Şumer və Kris Fişer

Onlar 2018-ci il fevralın 13-də gizlincə ailə həyatı qurub. Bu, yetərincə gözlənilməz olub. Belə ki, onları ilk dəfə bərabər toydan üç ay əvvəl görüntülənib. Cütlük hər şeyi tez edir: 2019-cu il mayın 5-də onların Cin Ettell Fişer adlı oğul övladları dünyaya gəlib.

Bleyk Layvli və Rayan Reynolds

“Yaşıl fənər”in ulduzlarının qapalı mərasimi 2012-ci ilin sentyabrın 9-da baş tutub. Bu yaxınlarda cütlüyün üçüncü övladı dünyaya gəlib. Körpənin cinsiyyəti sirr saxlanılır.

Keyt Uinslet və Ned Roknroll

“Titanik”də rol alan aktrisa 2012-ci ilin dekabrında sevib-seçdiyi oğlana ərə gedib. Mərasimdə onların iki övladı, ailə üzvləri və dostları iştirak edib. Onlar həmin ilin yayından nişanlı olsalar da, rəsmi şəkildə heç nəyi təsdiqləmirdilər.

Felisiti Blant və Stenli Tuççi

Nişandan səkkiz ay sonra “Ac oyunlar”ın aktyoru 2012-ci ilin avqsutunda Blantla evləndiyini açıqlayıb.

Kelli Tisdeyl və Mayk Mayers

Aktyor 2011-ci ilin martında evlənib. Cütlüyün üç övladı var.

Miranda Kerr və Orlando Blum

Aktyorla model nişandan bir ay sonra - 2010-cu ilin iyulunda gizlincə ailə həyatı qurub.

Penelopa Krus və Havyer Bardem

2010-cu ilin iyulunda baş tutan mərasimə yalnız cütlüyün ən yaxınları dəvət olunmuşdu.

Meqan Foks və Brayan Ostin Qrin

Uzun illər görüşən cütlük, nəhayət, 2010-cu il iyunun 24-də Havay adalarında ailə həyatı qurmuşdu. Onların nikah şahidi Qrinin oğlu Kassuis idi.