Glo Azərbaycanda yeni üslubda ilk mağazasını açdı - Fotolar

Glo Azərbaycanda yeni üslubda ilk mağazasını açdı
Oxunma sayı: 4002

Yeni açılmış mağaza glo™- tütün qızdırıcı sistemlərin Azərbaycanda satışını həyata keçirir və tam  yeni üslubdadır. Rəsulzadə küç.5 ünvanında yerləşən mağaza həftənin bütün günləri saat 10:00-dan 22:00-dək müştərilərinin üzünə açıqdır. Burada paytaxt sakinlərinin yeni nəsil  glo™ məhsulunu əyani olaraq həm sınaqdan keçirmək, həm də əldə etmək imkanı var.

Açılış mərasimində British American Tobacco şirkətinin rəsmi nümayəndələri və tanınmış simalar iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki,  ki, British American Tobacco (BAT) Azərbaycandakı distribütoru «SADAF TRADE» QSC ilə birgə bu ilin sentyabrında glo™ – tütün qızdırıcı sistemlərinin ölkəmizdə satışına başlayıb. Bununla da, Azərbaycan dünyada bu məhsulun satışda olduğu 16-cı ölkə olub.

glo™ cihazı, yandırmaq yox, qızdırılma üçün olan tütün tərkibli Kent Neostiks ilə birlikdə istifadə olunur. Siqaret çəkməklə bağlı risklərin çoxunun məhz tütünün yandırılmasından yaranması geniş yayılmış məlumatdır. Tütünün yandırılması olmadığına görəglo™-dayaranan aerozol özündə siqaret tüstüsü ilə müqayisədə 90-95% daha az zəhərli maddə ehtiva edir1. Bundan əlavə, siqaret çəkməklə müqayisədə glo™ kül yaratmır və daha az qoxu yaradır2.

Məhsul Böyük Britaniyada bütün dünyadan olan 100-dən çox mütəxəssisin – alimlər, mühəndislər, dizaynerlər, tütün ekspertləri və toksikoloqların iştirakı ilə hazırlanıb. glo™-nun əsas üstünlüyü və xüsusiyyəti – istifadə sadəliyi və rahatlığıdır: bir cihaz, bir düymə və 30 istifadə sessiyasına imkan verən akkumulyator. Bu sadəlik siqaret çəkən insanlarda bu innovativ cihazın çalışması haqqında düzgün fikir oyadır ki, o da onların siqaret çəkməkdən potensial olaraq daha az riskli məhsula keçid etdiklərini özündə əks etdirir.

glo™ vəKentNeostiks™ Bakıda marketlərdə, ticarət mərkəzlərində, paytaxtın böyük supermarketşəbəkələrində, eyni zamanda yeni açılan mağazasında satışdadır. KentNeostiks™ 3 müxtəlif dad çeşidində təqdim olunub: “Rich Tobacco”, “Bright Tobacco” və “Dark Fresh”. Həmçinin istehlakçının glo.az internet səhifəsi vasitəsilə və ya *0880 telefon nömrəsinə zəng edərək özünə rahat olan ünvanda (Bakı şəhəri hüdudlarında) glo™ mütəxəssisi tərəfindən təqdimat keçirilməsini sifariş etmək imkanı olacaq.

1Burada və daha sonra 3R4F (təxminən 9 mq qatran) formatlı standart siqaretdə yanan tütün tüstüsünün glo™ cihazında qızdırılmış tütünün aerozolu ilə müqayisəsi nəzərdə tutulur. Müqayisə Ümumdünya Səhiyyə Təşkilatının istehlakını azaltmağı tövsiyə etdiyi 9 növ zərərli maddə üzrə aparılır. Bu mütləq qaydada o demək deyil ki, bu məhsul digər tütün məhsulları ilə müqayisədə daha az ziyanlıdır.

2Bu mütləq qaydada o demək deyil ki, bu məhsulun sağlamlığa təsiri digər tütün məhsullarından daha azdır. 








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi