"Qafqazinfo" xəbər verir ki, “Kəpəz”in Müşahidə Şurasının keçirdiyi görüşdə qurumun üzvləri Mikayıl Nərimanoğlu, Müzəffər Qasımov və Müşviq Cəfərov və Mehman Allahverdiyev də çıxış edib.
Tədbirdə qarşlılıqlı fikir mübadiləsi və məsləhətləşmələr aparılıb. 40-a yaxın yaxın futbol veteranı və mütəxəssisin qatıldığı tədbirdə komandanın gələcək planları haqqında iştirakçılara məlumat verirlib. İlk olaraq Mikayıl Nərimanoğlu Gəncə futbolunda kompleks şəkildə işlərin aparılacağını deyib. O, Gəncə şəhər stadionunun əsaslı olaraq yenilənəcəyini vurğulayıb.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov isə veteranları və məşqçiləri görüləcək işlərə dəstək verməyə çağırıb.
Futbol veteranlarından Tofiq Əliyev, Əvəz Mustafayev, Vahid Abbasov və digərləri diqqətə görə minnətdarlıq edib və belə görüşlərin tez-tez keçirilməsinin vacibliyini deyiblər.
Son xəbərlər
Son Xəbərlər