Gökçe Bahadır “Ufak tefek”dən getmir - Yenilənib

gokce-bahadir-ufak-tefekden-getmir
Oxunma sayı: 4584

“Ufak tefek cinayetler”in “Oya”sı Gökçe Bahadır serialla yollarını ayırır. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Vatan” qəzeti məlumat yayıb.  

Bildirilir ki, Gökçe ekran işindən ayrılmağı barədə qərar verib.  Onun yerinə gənc aktrisa Bensu Soral seriala daxil olacaq və “Oya” obrazını canlandıracaq. 

Qeyd edək ki, sözügedən serial reytinq siyahısında ilk üçlükdədir. Ekran işi 4 rəfiqənin həyatından bəhs edir.

***

Serialı ərsəyə gətirən şirkət yayılan xəbəri təkzib edib, Gökçe Bahadırın serialdan getmədiyini bildirib.