Azərbaycanda daha bir şirkət koronavirusla mübarizəyə ianə edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Göknur Bakı” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı əsasında yaradılmış Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat köçürüb.
Şirkət pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsinə və vətəndaşları dövlətin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır. “Göknur Bakı” MMC koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir.
Son xəbərlər
Son Xəbərlər