Göldə çimən gənc boğuldu

golde-cimen-genc-boguldu
Oxunma sayı: 1105

Şəmkir rayonunda 19 yaşlı gənc göldə çimərkən boğulıub.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Qasım İsmayılov kəndində 1 nəfərin göldə çimərkən batması barədə məlumat daxil olub. Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1997-ci il təvəllüdlü İsmayılov Mikayıl Eyvaz oğlunun cəsədi batdığı yerdən 7 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Murad Əhməd