Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsi üzrə “Hüquqşünaslıq" və “İqtisadiyyat" ixtisaslarının 4-cü kurs tələbələrinin yekun dövlət attestasiyası - buraxılış işlərinin onlayn müdafiəsi təşkil olunub.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin imzaladığı müvafiq əmrlə buraxılış işlərinin müdafiəsinin təşkili üçün Dövlət Attestasiya Komissiyası (DAK) yaradılıb.
Onlayn müdafiədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, “Hüquqşünaslıq” ixtisası üzrə DAK-ın sədri Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, “İqtisadiyyat” ixtisası üzrə DAK-ın sədri Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Komitənin müvafiq strukturlarının rəhbərləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, həmçinin Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universitetinin professor-müəllim heyəti iştirak ediblər.
Tələbələr seçdikləri mövzuya uyğun buraxılış işlərini təqdim edib, imtahan komissiyası üzvlərinin suallarını ətraflı cavablandırıblar.
Qeyd edək ki, bu tədris ilində Gömrük Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə 21, "İqtisadiyyat" ixtisası üzrə 19 tələbəsi təhsilini başa vurur.


Son xəbərlər
Son Xəbərlər