Gömrük Akademiyasında Anım Günü münasibətilə tədbir - Fotolar

gomruk-akademiyasinda-anim-gunu-munasibetile-tedbir
Oxunma sayı: 953

Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, mərasimdən öncə Vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

DGK sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsini ehtiramla anır.

Vətən müharibəsində DGK-nın də 60 nəfər əməkdaşının iştirak etdiyini diqqətə çatdıran komitə sədrinin müavini onlardan Ülvi Hacıyevin şəhadətə qovuşduğunu, 9 nəfərinin isə yaralandığını bildirib. İqbal Babayev vurğulayıb ki, şəhidlərimiz, qazilərimiz heç zaman unudulmayacaq, daim diqqət mərkəzində olacaqlar.

Daha sonra mərasimdə şəhid gömrükçü Ülvi Hacıyevin anası Həmidə Qurbanova, şəhid Tahir Əliyevin atası Mahir Əliyev çıxış edib. 

Mərasimdə Vətən müharibəsi qaziləri Elvin Qazaxov və Seyidəkbər Xaliqov çıxış edərək onlara göstərilən etimada və dəstəyə görə təşəkkür ediblər. 

Mərasimin sonunda könüllü gömrükçülərin ifasında şəhidlərimizin xatirəsinə həsr olunmuş bədii kompozisiya təqdim olunub.