Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası keçirilir

gomruk-emekdasliq-surasinin-132-ci-sessiyasi-kecirilir
Oxunma sayı: 998

Ümumdünya Gömrük Təşkilatının Brüsseldə yerləşən Baş qərargahında iyunun 28-də başlayan Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası bu gün davam edib.

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Sessiyanın ilk iş günündə Gömrük Əməkdaşlıq Şurasının 129/130-cu sessiyalarının və 131-ci sessiyasının protokolları təsdiq edilib.

Daha sonra Siyasi Komissiyanın 78-ci və 79-cu sessiyalarında qaldırılmış məsələlərin müzakirəsi başlayıb. 

Sessiyanın ilk iş günü nümayəndə heyəti rəhbərlərinin iclası ilə başa çatıb.

İyunun 29-da isə sessiya texniki məsələlər sırasında - nəzarət və asanlaşdırma, potensialın gücləndirilməsi mövzularında müzakirələri davam etdirib.

Bununla da sessiya bügünkü işini yekunlaşdırıb. 

Sessiya iyunun 30-da davam edəcək.