İdarədən “Qafqazinfo”ya hadisəni təsdiqləyərək bildirilib ki, bir nəfərin güllələnməsi və 102 min manatın aparılması ilə nəticələnən hadisə Bakı Baş Gömrük İdarəsinin binasında deyil, inzibati binada baş verib: “Sözügedən hadisə əslində Dövlət Gömrük Komitəsinin Azərterminal Kompleksi Birliyinin Gömrük Broykeri və Texniki xidmətin göstərilməsi üzrə Bakı şöbəsində baş verib”.
Qeyd edək ki, fevralın 28-i saat 22 radələrində naməlum şəxs Nəsimi rayonu, Kovereçkin küçəsində yerləşən Gömrük Komitəsinin inzibati ofisinə basqın edib.
O, gömrük işçisi Bakı şəhər sakini 1963-cü il təvəlüldlü Ərfatsiyad Babayevi sol çiynindən güllələyib. Bundan sonra seyfdən 102 min manat pulu götürüb və ofisin arxa qapısından çıxaraq oradan uzaqlaşıb. Ə.Babayev xəstəxanaya daxil olub, vəziyyəti ağırdır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər