“Gömrük Komitəsində belə şəxs işləmir” - Açıqlama

gomruk-komitesinde-bele-sexs-islemir
Oxunma sayı: 2731

Dünən mediada Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi kimi təqdim olunan Nüsrət Adıgözəlovun oğlu Elvin Adıgözəlovun sərxoş vəziyyətdə avtoxuliqanlıq etməsi və nəticədə qəza törətməsi barədə məlumat yayılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, DGK bu gün açıqlama yayaraq məlumatı təkizb edib və bildirilib ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir və bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Yayılan məlumata görə, 1984-cü il təvəllüdlü E,Adıgözəlov 10 LJ 600 nömrəli “BMW” markalı avtomobillə avtoşluq edib və sonda isə Nəsimi rayonunda Elvin Əsgərovun idarə etdiyi “Nissan Sunny” avtomobili ilə toqquşub. 

Qeyd edək ki, bir müddət öncə də E.Adıgözəlovun avtoşluq etməsi və 15 sutka cəza alması barədə məlumat yayılmışdı və həmin zaman da DGK N.Adıgözəlov adlı əməkdaşının olmadığını bildirib.