Gömrük Komitəsindən geni dəyişdirilən mallarla bağlı - - Açıqlama

gomruk-komitesinden-geni-deyisdirilen-mallarla-bagli-
Oxunma sayı: 837


DGK-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, kənd təsərrüfatı məhsullarının, o cümlədən toxumların, əkin materiallarının ölkə ərazisinə gətirilməsi zamanı məhsulların növünə və xarakterinə uyğun olaraq mütləq qaydada zəruri olan sertifikatlar, icazə sənədləri, dövlət qeydiyyatında olmasını təsdiq edən sənədlər tələb edilir. Eyni zamanda, bitki nümunələri “GMO bitkilərinin beynəlxalq miqyasda tanınan siyahısı” ilə tutuşdurulur və qablaşdırılan taranın üzərindəki etiketlərə baxış keçirilir.

Malların genetik modifikasiya olmasına dair şübhə yarandıqda dərhal  müvafiq rəylərin alınması üçün əlavə yoxlama prosedurları aparılır və laborator  müayinələr keçirilməsi nəzərdə tutulur.

“Qafqazinfo”