Gömrük Komitəsinin maşını yandı

gomruk-komitesinin-masini-yandi
Oxunma sayı: 1296

Dövlət Gömrük Komitəsinə məxsus avtomobil Qaradağ rayonu ərazisində yanıb.

Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, hadisə Lökbatan-Xocahəsən yolunda Lökbatan qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sənan Bədəlovun idarə etdiyi Dövlət Gömrük Komitəsinə məxsus "Pejo" markalı 10 PR 382 nömrəli avtomobil qısa qapanmadan alışıb.

Avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.