Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib.
“Qafqazinfo” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşından Belarusun aksiz markası ilə markalanan 26 600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Son Xəbərlər