Gömrükçülərdən daha 100 aztəminatlı ailəyə yardım - Video

gomrukculerden-daha-100-azteminatli-aileye-yardim
Oxunma sayı: 1194

Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində daha 100 ailəyə dəstək göstəriblər.

“Qafqazinfo”nun məlumatına görə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.