Gömrükdə 5 kq narkotik tapıldı

gomrukde-5-kq-narkotik-tapildi
Oxunma sayı: 1082


Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin yük yerində yerləşən qaz yanacağı balonunun içərisindən ümumi xalis çəkisi 5310 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb. Gizlədilən narkotik vasitə 37 ədəd polietilen torbalara bükülərək üzəri yapışqanlı lentlə bərkidilmiş vəziyyətdə olub. Faktla bağlı DGK İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.