Gömrükdə 525 min rus aksiz markası tutuldu

gomrukde-525-min-rus-aksiz-markasi-tutuldu
Oxunma sayı: 864


“Qafqazinfo” xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Sa­mur" gömrük postunda Azərbaycan Respublikası istiqamətindən daxil olan Azərbaycan vətəndaşı Tural İsma­yılovun idarə etdiyi "Volkswagen Crafter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı maşının kabinəsində 3, yük yerində isə 2 ədəd idman çantasında 105 ədəd rulonda, ümumi sayı 525 min ədəd olan Rusiya Federasiyasının aksiz markaları aşkar edilib.