Gömrükdə avtomobildən 70 kiloqram heroin tapıldı

gomrukde-avtomobilden-70-kiloqram-heroin-tapildi
Oxunma sayı: 909


“Qafqazinfo” xəbər verir ki, gömrük əməkdaşlarının “Sınıq Körpü” gömrük postunda İrandan gələrək Azərbaycandan keçməklə Gürcüstana gedən Türkiyə vətəndaşı Ateş Rifat Ahmedoğlunun idarə etdiyi avtomobilin qoşqusunda 116 ədəd polietilen paketə qablaşdırılmış narkotik vasitə aşkar ediblər.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ekspert arayışına əsasən, həmin maddənin 69 kiloqram 610,4 qram heroin olduğu müəyyənləşdirilib.

Fakt üzrə əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.