Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Mahboubalı Taghavının üzərində şəxsi yoxlama aparılıb.
Bu zaman ondan 1 ədəd bükümdə, xalis çəkisi 23,108 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 3,113 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.
Bundan başqa, M.Taghavının hərəkətləri şübhə yaratdığı üçün onun üzərində şəxsi yoxlama davam etdirilib. Nəticədə, İran vətəndaşının daxili orqanından (düz bağırsağından) cəmi 5 ədəd bükümdə, ümumi xalis çəkisi 118,909 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər