Gömrükdə siqaret əməliyyatı -

gomrukde-siqaret-emeliyyati-
Oxunma sayı: 2117


Azərbaycan Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, malların yoxlanılması zamanı İ.Fərəcovun qarşıladığı sərnişinlərdən qəbul etdiyi 2 ədəd sellofan paketdən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 3 adda, cəmi 400 qutu xarici markalı siqaret aşkar olunub.

Faktla bağlı izahatında İ.Fərəcov Kazan-Bakı aviareysilə gələn qohumu Elnur Əhədovu qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gəldiyini, orada ona göndərilən siqaretləri ayrı-ayrı sərnişinlərdən qəbul etdiyini və həmin siqaretlərin bir hissəsinin şəxsi istifadə məqsədilə, qalanlarının isə hədiyyə olaraq nəzərdə tutulduğunu bildirib.

“Qafqazinfo”