Gömrükdən fişəng və tezalışan mallar keçirən şəxs saxlanıldı

gomrukden-fiseng-ve-tezalisan-mallar-keciren-sexs-saxlanildi
Oxunma sayı: 1038


Gömrük Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, növbəti belə fakt Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. İdarənin “Sınıq Körpü” Gömrük Postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşı  Rustamov Ramil Tahir oğlunun  idarə etdiyi “Scania K113” markalı, BR999AT nömrə nişanlı sərnişin avtobusuna “Smiths Heimann HCVG” markalı yoxlama baxış sistemi ilə gömrük baxışı keçirilib. Baxış zamanı qeyd olunan nəqliyyat vasitəsinin salonunda döşəmənin altında düzəldilən  və xüsusi mexanizm ilə işə salınan gizli saxlanc yerindən 2 adda ümumilikdə 39050 ədəd pirotexniki vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.

Fakt bağlı təhqiqat aparılır.