“Google” şirkəti yüzlərlə əməkdaşını ixtisar edib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, ixtisarlar reklam departamentinin işçilərinə aid olunub.
Şirkət işdən azadolunmaları bu sahədəki əksər işləri süni intellektin görməsi ilə əlaqələndirib.
Belə ki, ixtisarlar şirkətin həm baş ofisinə, həm də bürolarına şamil ediləcək.