AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qafqazinfo"ya daxil olan məlumata görə, 18 iyun 2014-cü il tarixindən etibarən xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində "Dağlıq Qarabağ Respublikası"nın əraziləri kimi göstərilib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi olaraq bildiririk ki, mərkəzimiz öz rəsmi saytında əksər ölkələrin seysmoloji təşkilatları kimi Google Maps-ın xəritəsindən istifadə edir. Beynəlxalq axtarış sistemi tərəfindən Azərbaycan Respublikasına və onun ərazilərinə qarşı bu cür təxribatların edilməsi bizi ciddi narahat edir və xəritədə ölkəmizə qarşı bu cür təxribat xarakterli dəyişikliklər edilməsi RSXM tərəfindən qəti şəkildə pislənir.
Qeyd edək ki, bu "Google" tərəfindən edilən birinci təxribat deyil. Bundan əvvəl də belə hallar baş vermişdir və tərəfimizdən təkidli müraciətlərdən sonra xəritədən Azərbaycan ərazilərinin erməni dilində göstərilməsi çıxarılmışdı.
Təəssüf hissi ilə bildirmək istəyirik ki, "Google" tərəfindən vaxtaşırı olaraq bu cür təxribatlara yol verilir.
Son xəbərlər
Son Xəbərlər