“Google Play” mağazasında rekord qırılıb

google-play-magazasinda-rekord-qirilib
Oxunma sayı: 1491

“App Annie” tədqiqat firması 2017-ci ilin dördüncü rübündə “Google Play” və “Apple App Store” mobil proqram mağazalarının vəziyyəti üzrə statistika dərc edib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Google” yüklənmiş proqramların sayına görə yeni dünya rekorduna imza atıb. Lakin “iOS” istifadəçiləri əvvəlki kimi daha çox pul xərcləyiblər.

Belə ki, ötən ilin oktyabr-noyabr-dekabr aylarında “Google Play” mağazasından 19 milyard mobil proqram yüklənilib. Bu da ötən illə müqayisədə 10% çoxdur. Qeyd etmək lazımdır ki, bu rəqəm yalnız yeni yükləmələrə aiddir. Bu artımı əsasən inkişaf etməkdə olan Hindistan bazarının yeni istifadəçiləri təmin ediblər. Hindistan, hətta 2017-ci ildə “Play Store” və “App Store” mağazalarında yükləmələr üzrə ABŞ-ı da geridə qoyub.

2017-ci ilin dördüncü rübündə “App Store” mobil tətbiq mağazasında yükləmələrin sayı isə 7,7 milyard təşkil edib. Hərçənd bu göstərici “Google Play” ilə müqayisədə 145% azdır, amma “iOS” istifadəçiləri hesabat rübündə 95% daha çox pul xərcləyiblər. Belə ki, “App Store” mağazasının gəliri 11,5 milyard dollar olduğu halda, “Google Play”də bu göstərici yalnız 5,9 milyard dollar təşkil edib.