Google şəhərləri təkmilləşdirəcək

google-seherleri-tekmillesdirecek
Oxunma sayı: 676


“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, şirkətin baş direktoru Larri Peycin sözlərinə görə, yeni Sidewalk Labs bölməsi diqqəti şəhərlərdə texnologiyaların inkişafı və tətbiqi sayəsində yaşayış xərcləri, nəqliyyat sistemlərinin effektivliyi və elektrik enerjisindən istifadə kimi məsələlərin həlli üçün həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldəcək.

O qeyd edib ki, urbanistikada texnologiyaların təkmilləşdirilməsi dünyada milyardlarla insanın həyatını yaxşılaşdıra bilər.  

Sidewalk Labs-ın direktoru vəzifəsinə Nyu-York merinin iqtisadi inkişaf və tikinti məsələləri üzrə keçmiş müavini Deniel Doktoroff təyin ediləcək. Ötən ilin sonunadək D.Doktoroff Bloomberg informasiya agentliyinə rəhbərlik edib.

Onun sözlərinə görə, Sidewalk Labs dünya şəhərlərində tətbiq edilə biləcək texnologiya, platforma və müasir infrastrukturun inkişafında mühüm rol oynayacaq.