Goranboy Mərkəzi Xəstəxanasına direktor təyin olundu

goranboy-merkezi-xestexanasina-direktor-teyin-olundu
Oxunma sayı: 4101

Goranboy rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub.

“Qafqazinfo” xəbər verir ki, Zeynalov İftixar Əli oğlu Goranboy  rayon Mərkəzi Xəstəxanası - Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, İ. Zeynalov 2007-2015-ci ildə Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi, 2016-2020-ci ildə “Ömürdən pay” özəl ambulator klinikasının direktoru vəzifələrində çalışıb. 

Elmar Əli