Goranboy Rayon İcra Hakimiyyətinin işçiləri Prezidentin təşəbbüsünə qoşuldular

goranboy-rayon-icra-hakimiyyetinin-iscileri-prezidentin-tesebbusune-qosuldular
Oxunma sayı: 2643

Goranboy Rayon İcra Hakimiyyətinin məsul işçiləri Prezident İlham Əliyevin təşəbbüsünə qoşulublar.

"Qafqazinfo"nun məlumatına görə, Azərbaycan vətəndaşının sağlamlığının qorunması naminə, eyni zamanda virusun Azərbaycanda yayılmasının qarşısını almaqla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, eləcə də yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərmək məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev başda olmaqla, Rayon İcra Hakimiyyəti Aparatının bütün əməkdaşları bir aylıq vəzifə maaşlarının 50 faizini koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması naminə Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcəklər.

Qeyd edək ki, hazırda dünyada tüğyan edən COVID-19 virusuna qarşı mübarizə məqsədilə Azərbaycanda preventiv tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev mübarizə məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıb və özünün 1 illik maaşını Fonda köçürüb.