Goranboy sakini minaya düşüb.
“Qafqazinfo“ xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qurumuş çayın yatağından keçərkən minaya düşüb. Xəstə xəstəxanaya yerləşdilib, onun sol ayağı amputasiya edilib.
Hazırda vəziyyəti orta ağırdır.
Faktı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov saytımıza təsdiqləyib.
***
Goranboy Rayon Prokurorluğu da Tapqaraqoyunlu sakininin minaya düşməsi ilə bağlı məlumat yayıb.
Bildirilib ki, bu gün 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər