Goranboy və Qazaxda minaatan mərmisi, qumbaralar aşkarlandı - Fotolar

goranboy-ve-qazaxda-minaatan-mermisi-qumbaralar-askarlandi
Oxunma sayı: 996

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə Goranboy və Qazax rayonları ərazisində mərmilərin tapılması barədə məlumatlar daxil olub.

Agentlikdən "Qafqazinfo"ya verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat qrupları, Daxili İşlər Nazirliyinin Goranboy, Qazax rayon Polis Şöbələrinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Daxili İşlər Nazirliyinin Goranboy, Qazax rayon Polis Şöbələrinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Yenikənd kəndi ərazisindən 1 ədəd 60 mm-lik M-49 minaatan mərmisi, 3 ədəd F-1 əl qumbarası, 1 ədəd RQO əl qumbarası, 1 ədəd RQN əl qumbarası, 1 ədəd RPQ-18 silahı (raketi ilə birlikdə), 3 264 ədəd müxtəlif çaplı patron, 9 ədəd daraq (boş), Qazax rayonunun Fərəhli kəndi ərazisindən isə 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında 300 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.