Goranboyun dağ kəndlərinə dolu yağıb.
“Qafqazinfo” xəbər verir ki, təbiət hadisəsi rayonun Todan, Mənəşli kəndlərinə ciddi ziyan vurub. İri buz parçaları Todan kəndində taxıl, kartof və meyvə bağlarını yararsız hala salıb.
Kənd sakinləri bildirib ki, əvvəl yağış, ardınca isə dolu yağıb. Hazırda rayon ərazisində yağmurlu hava müşahidə edilməkdədir.
Elmar Əli


Son xəbərlər
Son Xəbərlər