Goranboya dolu yağdı - Foto

goranboya-dolu-yagdi
Oxunma sayı: 1535

Goranboya dolu yağıb.

“Qafqazinfo”nun xəbərinə görə, isti iqlimi ilə seçilən rayonda qəfil dəyişən hava şəraiti səbəbindən əvvəlcə yağış, daha sonra isə dolu yağıb.

İri buz parçları rayon mərkəzi ilə yanaşı, Qızılhacılı qəsəbəsində, Boluslu və Məşədiqaralar kəndlərində müşahidə edilib.

Dolu 10 dəqiqəyə yaxın davam edib. Təbiət hadisəsi payızda yetişən meyvələrə zərər vurub. Həmçinin rayonun Boluslu, Məşədiqaralar, Eyvazlılar kəndlərində elektrik enerjisi verlişində fasilələr yaranıb. 

Elmar Əli