Göranboya hədiyyə gedir

goranboya-hediyye-gedir-
Oxunma sayı: 652

Bu gün Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş “Uşaq kitab karvanı – İpək yolu ilə” regionlararası tədbirin iştirakçıları günün ikinci yarısında Goranboy rayonuna çatacaqlar. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, orada bu karvanı nağıl qəhrəmanları, uşaqlar, yeniyetmələr, valideyinlər gözləyəcəklər. Keçirilən şənlik zamanı Goranboy Uşaq Kitabxanasına 500-dən çox müasir uşaq ədəbiyyatı hədiyyə ediləcək.
Goranboylu uşaqlar karvanı şeir, şən mahnılar və maraqlı səhnəciklərlə qarşılayacaqlar. “Uşaq kitab karvanı – İpək yolu ilə” regionlararası tədbirdə Goranboy rayon Heydər Əliyev Parkında keçiriləcək. Tədbirdə Goranboylu istedadların əl işləri, asfalt üzərində rəsmlər müsabiqəsi xüsusi ilə maraqlı olacaq.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev “Uşaq kitab karvanı – İpək yolu ilə” regionlararası tədbirdə giriş sözü ilə çıxış edəcək.
Axşam karvan Gəncə şəhərinə yola düşəcək.

Nigar