Goranboyda “06” traktora çırpıldı- - Ölən var+Fotolar+Yenilənib

goranboyda-06-traktora-cirpildi-
Oxunma sayı: 1501


“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 20 radələrində magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. “VAZ 2106” markalı avtomobil yol ilə hərəkət edən traktora çırpılıb. Qəza nəticəsində “VAZ 2106” markalı avtomobildə olan bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.  

***
Gürcüstan respublikası vətəndaşı 1959-cu il təvəllüdlü Çavuş Cavanşir Rəhim oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə Gəncə istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə gedən Göygöl rayon sakini Ayaza Həsənovun idarə etdiyi “Belarus MTZ 80” traktorunun quru ot ilə yüklənmiş qoşqusuna dəyib.

Sonra “VAZ” hərəkətdə olan Gəncə şəhər sakini, 1981- ci il təvəllüdlü Hümbətov Anar Nizami oğlunun idarə etdiyi “Subaru” markalı  avtomobil  ilə toqquşaraq yenidən traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində “VAZ 2106” markalı avtomobildə olan sərnişin 1955-ci il təvəllüdlü Mustafayev Sahib Namaz oğlu dünyasını dəyişib, sürücü C. Çavuş isə müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
  
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.