Goranboyda 2 azyaşlını maşın vurdu

goranboyda-2-azyaslini-masin-vurdu
Oxunma sayı: 2045

Goranboy rayonunda 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü Ramil Rzayev və 2005-ci il təvəllüdlü Elgün Musayevi avtomobil vurub.

Hər iki piyada müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Yunis Quliyev