Goranboyda 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirildi - Fotolar

goranboyda-2-fevral-azerbaycan-gencleri-gunu-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 2873

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, rayonun digər rəhbər şəxslərinin, bir qrup  rayon ziyalılarının və gənclərinin iştirakı ilə, 2 Fevral-Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

 Sonra tədbir Goranboy Rayon Olimpiya İdman Kompleksinin akt zalında davam etdirilib. İştirakçılar öncə tədbirlə bağlı hazırlanmış xüsusi videoçarxı izləyib. 

Tədbirdə çıxış edən icra başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunduğunu, onların faydalı məşğulluğunun təmin edilməsini və dövlət idarəçiliyi sistemində iştirakının daha da artırılması istiqamətlərində işlərin görüldüyünü, xüsusən də, 44 günlük Şanlı Vətən müharibəsində gənclərimizin - Şəhid və Qazilərimizin fədakarlığını, vurğulayıb.

Sonda müxtəlif sahələrdə çalışan bir sıra gənc, o cümlədən 44 günlük Vətən müharibəsinin qaziləri, uğurlu xidmətlərinə görə Goranboy Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.