Goranboyda 25 yaşlı qadını maşın vurub öldürdü - Fotolar

goranboyda-25-yasli-qadini-masin-vurub-oldurdu
Oxunma sayı: 1964

Goranboyda yolu keçmək istəyən piyadanı avtomobili vuraraq öldürüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Dəliməmmədli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini,1996-cı il təvəllüdlü Quliyeva Vüsalə Əli qızı yolu keçmək istəyən zaman onu 99-DD-270 Dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili vurub.

Ağır xəsarətlər alan V.Quliyeva hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli