Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, 5 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstələrə yardım edilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Zəhərlənənlər 2012-ci il təvəllüldü A. Kərimli, 2011-ci il təvəllüdlü A. Qasımova, 2009-cu il təvəllüldü S. Qasımova,1982-ci il təvəllüdlü Q. Qasımov və 2009-cu il təvəllüdlü A. Kərimovadır.
Məlumata görə, həmin şəxlər qidadan zəhərləniblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən bildirilib ki, bu gün saat 01:55-də 5 nəfər (4-ü uşaq olmaqla) qida zəhərlənməsi şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara alimentar qida zəhərlənməsi diaqnozu təyin edilib.
Hazırda müalicələri Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxşdir.