Goranboyda 57 yaşlı kişi özünü asdı

goranboyda-57-yasli-kisi-ozunu-asdi
Oxunma sayı: 1390

Goranboy rayonunda intihar hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, 1968-ci il təvəllüdlü Məhəmməd Yusifov özünü asaraq intihar edib. 

Yaxınları onun cansız bədənini həyətdə asılı vəziyyətdə tapıblar. 

Canına qıyan şəxs rayonun Qarasüleymanlı kəndində meyvə-tərəvəz satışı ilə məşğul olub. 

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev