Goranboyda AAYDA işçilərinin peşə bayramı qeyd edildi - Fotolar

goranboyda-aayda-iscilerinin-pese-bayrami-qeyd-edildi
Oxunma sayı: 1753

Goranboy rayonunda avtomobil yolları işçilərinin peşə bayramı günü ilə bağlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları öncə, ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər, sonra tədbir RİH-nin inzibati binasının akt zalında davam etdirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonda fəaliyyət göstərən Yol istismarı idarələrinin rəhbərləri və bir qrup əməkdaşları iştirak ediblər.

Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yolları işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə  22 fevral tarixinin - avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunduğunu vurğulayan icra başçısı Məhərrəm Quliyev, indi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi yol infrastrukturunun müasir standartlarla yenidən qurulduğunu, avtomobil yolları işçilərinin ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla, Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynadığını bildirib.

Tədbirin sonunda, peşə xidməti sahəsində fərqlənən yol işçilərinə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.