Goranboyda ağır atletika üzrə tədbirlər keçirilib - Fotolar

goranboyda-agir-atletika-uzre-tedbirler-kecirilib
Oxunma sayı: 1883

Goranboyda idmanın ağır atletika növünün inkişafı ilə bağlı əsaslı tədbirlər həyata keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, kənd təsərrüfatı naziri İnam Kərimov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda idmanın ağır atletika növünün inkişafının vəziyyəti ilə yerində tanış olublar.

Məşqçilər və idmançılarla görüş keçirilib, bu sahədə mövcud problemlər və çatışmazlıqların aradan qaldırılması, fəaliyyət göstərən məktəblərin maddi-texniki bazasının müasirləşdirilməsi və genişləndirilməsi ilə bağlı aidiyyəti mütəxəssislərlə birgə müzakirələr aparıblar.

Daha sonra yeni inşa edilmiş Olimpia İdman Kompleksinə baş çəkilib və burada müxtəlif növlər üzrə idmanın inkişaf imkanları ilə tanış olunub.