Goranboyda ağır qəza - 6 nəfər yaralandı

goranboyda-agir-qeza
Oxunma sayı: 1709

Goranboyda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Xanqərvənd kəndinə gedən yolda baş verib. Hərəkətdə olan “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 6 Tərtər rayon sakini xəsarət alıb. 

Yaralılardan 3 nəfəri - 1964-cü il təvəllüdlü Bayramov İdris Oruc oğlu, 1981-ci il təvəllüdlü Babayev Ramin Qənbər oğlu və 1981-ci il təvəllüdlü Əliyev Musa Cəlal oğlu Gəncədə olan özəl xəstəxanalardan birinə aparılıb. 

1977-ci il təvəllüdlü Əliyeva Aygün İsmayıl qızı, 1984-cü il təvəllüdlü Babayeva Ülviyyə Adil qızı və 1991-ci il təvəllüdlü Babazadə Nicat Əli oğlu isə Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli