Goranboyda ağır qəza - Ölən və yaralananlar var

goranboyda-agir-qeza
Oxunma sayı: 2479

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, rayonun Dəliməmmədli şəhərində hərəkətdə olan VAZ 21011 markalı avtomobilin digər maşınla toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Zərdabi Salahov hadisə yerində ölüb.

1981-ci il təvəllüdlü Xoşqədəm Salahova və başqa bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli