Goranboyda ağır qəza, 4 yaralı

goranboyda-agir-qeza-4-yarali
Oxunma sayı: 1868

Goranboy rayonunda ağır yol qəzası baş verib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə bir neçə saat əvvəl rayonun Ağcakənd kəndi ərazisində qeydə alınıb. 

"Vaz 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və qaz xəttinə çırpılıb. Nəticədə 1989-cu il təvəllüdlü Günel Şirinova, onun bacısı, 1985-ci il təvəllüdlü Günay Şirinova,  1985-ci il təvəllüdlü Elşən İsmayılov və 1984-cü il təvəllüdlü Bəxtiyar Kazımov xəsarət alıblar. 

Hadisənin təfərrüatları araşdırılır.

Murad Əhməd