Goranboyda Anım Günü ilə bağlı tədbir keçirilib

goranboyda-anim-gunu-ile-bagli-tedbir-kecirilib
Oxunma sayı: 2449

Erməni hərbi  birləşmələrinin Vətənimizə  qarşı, 27 sentyabr 2020-ci il tarixdən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin əmri və rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda Şanlı Vətən müharibəsinə başlanmasından 2 il ötür. Artıq  ikinci ildir ki,  27 sentyabr - Vətən Müharibəsi Şəhidlərimizin Anım Günü kimi qeyd edilir.

 “Qafqazinfo” xəbə verir ki, bu gün  Goranboy rayonunda da   Anım günü ilə bağlı  ümumrayon tədbiri keçirilib. Goranboy şəhəri Şəhidlər Xatirə-Abidə  Kompleksində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin  başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə, torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsinə inşa edilmiş Xatirə-Abidə  Kompleksini ziyarət edərək  Şəhidlərimizin ruhlarına dualar etdilər və Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 İlham Əliyevin rəhbərliyi altında, Qarabağın azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda Rəşadətli  Azərbaycan Ordusunun həyata keçirdiyi və dünya hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Şanlı Vətən Müharibəsi nəticəsində torpaqlarımızın azad olunduğunu   və  bu gün azad edilmiş torpaqlarımızda əsaslı yenidənqurma işlərinin aparıldığını  qeyd edən İcra Başçısı və digər natiqlər çıxışlarında,  Vətən, Dövlət, Bayraq naminə canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin daim ehtiram və sevgi ilə anılacağını bildiriblər.