Goranboyda at arabasını maşın vurdu - Xəsarət alan var

goranboyda-at-arabasini-masin-vurdu
Oxunma sayı: 1056

Goranboyda xəsarətlə nəticələnən hadisə baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Quşçular kəndində baş verib. Hərəkətdə olan avtomobil at arabasını vurub. Hadisə zamanı at arabasında olan 1991-ci il təvəllüdlü Ramazanov Maarif xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisəyə səbəb yolun qaranlıq olması səbəbindən at arabasının görünməməsi göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli