Goranboyda avtomobil aşdı - 1 ölü, 2 yaralı + Yenilənib

Goranboyda avtomobil aşdı
Oxunma sayı: 1712

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb. 

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

**

Goranboyda baş verən yol qəzası zamanı ölən və yaralananların şəxsiyyətləri məlum olub.

"Qafqazinfo"nun "Report"a istinadən məlumatına görə, rayonun Kəpənəkçi kənd sakini, 1960-cı il təvəllüdlü Güloğlan Hümmət oğlu Tağıyevin idarə etdiyi "VAZ-21015" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində onun atası, 1940-cı il təvəllüdlü Hümmət İbrahim oğlu Tağıyev hadisə yerində ölüb. 

Qəza zamanı habelə sürücü və onun oğlu, 1995-ci il təvəllüdlü Tağıyev Xaliq Güloğlan oğlu isə müxtəlif bədən xəsarətləri alıblar. Hər iki yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi