Goranboyda aztəminatlı ailələrə bayram sovqatı verildi

goranboyda-azteminatli-ailelere-bayram-sovqati-verildi
Oxunma sayı: 1403

Goranboyda polis əməkdaşları aztəminatlı ailələrə bayram sovqatı paylayıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Novruz Bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə bayram sovqatları paylayıblar. Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər Novruz Bayramı münasibətilə onları təbrik ediblər.

Görüşdə bayramın əsas atributlarından olan Yel çərşənbəsi münasibəti ilə tonqal qalanıb, xatirə şəkli çəkilib.