Goranboyda bir evdən 9 nəfər dəm qazından zəhərləndi

goranboyda-bir-evden-9-nefer-dem-qazindan-zeherlendi
Oxunma sayı: 2842

Goranboyda bir evdən 9 nəfər dəm qazından zəhərlənib. 

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verrib. Bir evdə olan 1970-ci il təvəllüdlü Alidə Bayramova, 1986-cı il təvəllüdlü Vüsalə Bayramova, 2001-ci il təvəllüdlü Aygün İsmayılova, 1999-cu il təvəllüdlü Məhərrəm Bayramov, 1990-cı il təvəllüdlü Sahil Bayramov, 1968-ci il təvəllüdlü Valeh Bayramov, 1994-cü il təvəllüdlü Zeynal Bayramov, həmçinin iki azyaşlı - 2017-ci il təvəllüdlü Sahil Bayramov və 2015-ci il təvəllüdıü Sadiq Bayramov dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Hadisə onlar yuxuda ikən baş verib. 

Məlumata görə zəhərlənənlərdən bir neçəsi kənddə toyda iştirak etmək üçün Bakıdan qonaq gəliblər. 

Elmar Əli