Goranboyda da vətəndaşlara xəbərdarlıq edilir - Fotolar

goranboyda-da-vetendaslara-xeberdarliq-edilir
Oxunma sayı: 1565

Xüsusi karantin rejimi ilə əlaqədar Goranboyda giriş-çıxış məhdudlaşdırılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar Goranboy rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Bundan başqa RPŞ-nin əməkdaşları rayon ərazisində vətəndaşlar ilə mütəmadi olaraq marifləndirici söhbətlər apararaq mümkün qədər evdə qalmağa səsləndirir. Yaşı 65-də yuxarı olan şəxslər müəyyən edildikdə isə polislər vətəndaşı evinə qədər müşayiət edərək bir daha evdən çıxmamaq barədə xəbərdarlıq edirlər. Görülən bu tədbirlərlə bağlı vətəndaşlara bildirilib ki, onların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınmasıdır.