Goranboyda elektrik şəbəkəsinin işçisi döyülüb

goranboyda-elektrik-sebekesinin-iscisi-doyulub
Oxunma sayı: 1394

Goranboy Elektrik Şəbəkəsinin işçisi iş başında döyülüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Səfikürd kəndində baş verib.
 
Sözügedən kənddə vəzifə borcunu yerinə yetirən rayonun Tatarlı kənd sakini, 1984-cü il təvəllüdü Məmmədov Zaur Məmməd oğlu Səfikürd kənd sakini, 1962-ci il təvəllüdlü Paşayev Vaqif İsrafil oğlu tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan Z. Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

V. Paşayev artıq polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.